AĞLASIĞMAZ: Türkiyə vətəndaşları ABŞ səfirliyi yaratdılar
Bizi izləyin

Dünya

AĞLASIĞMAZ: Türkiyə vətəndaşları ABŞ səfirliyi yaratdılar

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qanada saxta ABŞ səfirliyinin fəaliyyət göstərdiyi məlum olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, bir qrup Türkiyə vətəndaşı peşəkar qanalı vəkillə birlikdə bu ağlasığmaz fırıldağı həyata keçiriblər. Məlumata görə, sözügedən şəxslər paytaxt Akrada bir bina icarəyə götürərək qurbanlarını inandırmaq üçün çöl divara ABŞ bayrağı, ofisə isə Barak Obamanın portretini asıblar.

Həmin şəxslərin yüzlərlə insana saxta viza verərək minlərlə dollar pulu mənimsədiyi bildirilib.

Qeyd edək ki, 10 ildir fəaliyyət göstərən cinayətkar dəstənin Afrikanın digər ölkələrində də bənzər fəaliyyət göstərdiyi məlum olub (Axar.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm