Dağıstanda 5 terrorçu məhv edildi
Bizi izləyin

Dünya

Dağıstanda 5 terrorçu məhv edildi

Əməliyyat zamanı terrorçuların gizləndiyi bina mühasirəyə alınıb.

Təhlükəsizlik gücləri Dağıstan Muxtar Respublikasının Mahaçqala şəhərinin yaxınlığında yerləşən Talqi qəsəbəsinə anti-terror əməliyyatı keçirib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, əməliyyatın gedişatında beş terrorçu öldürülüb.

Məlumata görə, əməliyyat zamanı terrorçuların gizləndiyi bina mühasirəyə alınıb. Onlar təhlükəsizlik güclərinin “təslim ol!” çağırışına atəşlə cavab verib. Bundan sonra terrorçuların fiziki məhvi barədə qərar qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm