Rusiyaya qarşı partizan müharibəsi başlayır – YENİ PLAN
Bizi izləyin

Dünya

Rusiyaya qarşı partizan müharibəsi başlayır – YENİ PLAN

Suriya və Rusiya hərbi qulluqçularına snayper hücumlarının təşkili planladırılır.

Suriyanın loyal müxalifətinin döyüşçüləri “Əl-Qaidə” terror qruplaşması ilə daha sıx əməkdaşlıq imkanına baxırlar.

Publika.az xəbər verir ki, bu haqda Amerika administrasiyası və müxalifətdəki mənbələrə istinadən The Washington Post (WP) yazıb.

Bundan başqa, qəzetin məlumatına görə, müxalifət Fars körfəzi ölkələri ilə əməkdaşlık və onlardan silah almaq imkanları öyrənir. Müxalifət həmçinin ənənəvi partizan taktikasını həyata keçirməyi, həmçinin Suriya və Rusiya hərbi qulluqçularına snayper hücumlarını təşkil etməyi planladırır.

Bildirilir ki, Suriya müxalifətinin bu planları ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın müxalifət güclərinən yardımın azaldılacağı barədə bəyanatlarından sonra ortaya çıxıb. ABŞ hakimiyyətinin qiymətdirmələrinə görə, Suriyanin loyal müxalifətinin tərkibinə təxminən əlli min döyüşçü daxildir.

“Biz çox məyusuq. ABŞ imtina bizə lazım olan silahları verməkdən imtina edirlər. Amma onların hamısı hələ də düşünür ki, bizi idarə edə bilərlər”, - deyə müxalifətin komandirlərindən biri qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm