Rusiya prezidenti azərbaycanlı jurnalistə müsahibə verib - - VİDEO
Bizi izləyin

Dünya

Rusiya prezidenti azərbaycanlı jurnalistə müsahibə verib - - VİDEO

Rusiya prezidenti Vladimir Putin dekabrın 4-də azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Həftənin yekunları" verilişinin ("Итоги недели") qonağı olub.

Publika.az report.az-a istinadən bildirir ki, Putin müsahibə zamanı hazırda dünyada balansın tədricən bərpa olunduğunu, Rusiyanın beynəlxalq arenadakı bir çox tərəfdaşlarının beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başladıqlarını bildirib.

O qeyd edib ki, birqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar olub.
"Biz başqa ölçüdə yaşayırıq", - deyə o əlavə edib.
Prezident xatırladıb ki, Rusiya digər ölkələrin mövqelərinə hörmətlə yanaşır və bu, hətta o öz maraqlarını müdafiə edən zaman da belədir. Putin qeyd edib ki, Kreml eyni prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm