Əyləncə faciəyə döndü: Ölənlərin sayı 30-a çatdı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Əyləncə faciəyə döndü: Ölənlərin sayı 30-a çatdı (YENİLƏNİB)

Anbarda əyləncə gecəsi keçirilən zaman yanğın baş verib.

ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 30-a çatıb.

***

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Bundan əvvəl 10 nəfərin öldüyü deyilirdi.

***

San-Fransisko yaxınlığında yerləşən Oklend şəhərində (Kaliforniya ştatı, ABŞ) anbarda əyləncə gecəsi keçirilən zaman yanğın baş verib.

"Report" CBS telekanalına istinadən xəbər verir ki, yerli sakinlər yanğın nəticəsində 40 nəfərə yaxın insanın öldüyünü ehtimal edirlər.
Hazırda isə 9 nəfərin öldüyü təsdiqlənib.
Bir neçə saat davam edən yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm