Separatçılar Slavyansk şəhərində məğlub olmağa yaxındır
Bizi izləyin

Dünya

Separatçılar Slavyansk şəhərində məğlub olmağa yaxındır

Separatçılar Slavyansk şəhərində məğlub olmağa yaxındır

Slavyansk şəhərində terrorçuluğa qarşı əməliyyat çərçivəsində separatçıların 9 blokpostu nəzarət altına alınıb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu haqda “Facebook” səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.

“Bu gün səhər saatlarında Slavyansk-Kramatorsk ərazisində terrorçuluğa qarşı mübarizə mərkəzi aktiv əməliyyatlara başlayıb. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri hazırda Slavyansk şəhərində terrorçuların 9 blokpostunu nəzarət altına alıb. Şəhər mühasirəyə alınıb”, - daxili işlər naziri qeyd edib.

Onun sözlərinə görə, terrorçular Ukraynanın xüsusi təyinatlı bölmələrinə qarşı ağır silahlar və qumbaraatanlardan atəş açır. O, terroçuların daşına bilən PZRK raketlərinə də sahib olduğunu bildirib: “Peşəkar muzdurlarla əsl döyüş gedir. Terrorçular atəş açmaqdan çəkinmirlər. Onlar Slavyansk şəhərinin dinc əhalisi arxasında gizlənərək xüsusi təyinatlı bölmələrə atəş açırlar”, - A.Avakov yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm