Ruslar SSRİ-ni dağıdanları tapdı – SORĞU
Bizi izləyin

Dünya

Ruslar SSRİ-ni dağıdanları tapdı – SORĞU

Rusiyalıların 51 faizi Sovet İttifaqının dağılmasından qaçmağın mümkün olduğunu düşünür.

Rusiyalıların 51 faizi Sovet İttifaqının dağılmasından qaçmağın mümkün olduğunu düşünür.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Levada-Mərkəz” sosioloji tədqiqat mərkəzinin sorğusunun nəticələrində deyilir.

Sosioloqların məlumatlarına görə, rəyi soruşulanların 56 faizi SSRİ-nin dağılmasına görə heyfsilənir. Eyni zamanda, 29 faizi əmindir ki, ittifaqın iflası qaçılmaz idi, 20 faizi isə sualı cavablandırmaqda çətinlik çəkib.

Respondentlərin əksəriyyəti (53 faizi) SSRİ-in dağılmasının mənfi nəticəsi kimi vahid iqtisadi sistemin dağıdılmasını göstəriblər. Sorğu iştirakçılarının 29 faizi hesab edir ki, SSRİ-nin dağılmasının əsas səbəbi Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviçin imzaladığı məsuliyyətsiz və əsassız Belovejski razılaşmasıdır. Respondentlərin 23 faiz bildirib ki, “SSRİ-nin xarici düşmənlərin sui-qəsdi” baş verirdi.

Rəyi soruşulanların yalnız 12 faizi SSRİ formatında ölkənin bərpası fikrini ifadə edib, 25 faizi isə daha sıx münasibətlərin olduğu ittifaqları optimal variant hesab edir.

Qeyd edək ki, SSRİ-nin mövcudluğunun dayandırılması və Müstəqil Dövlətlərin Birliyinin (MDB) yaradılması haqqında Belovejski razılaşması 1991-ci dekabrın 8-də Rusiya, Ukrayna və Belarus liderləri tərəfindən imzalanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm