Özbəkistan prezidentinin adı məlum oldu – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Özbəkistan prezidentinin adı məlum oldu – SON DƏQİQƏ

Özbəkistanda dünən keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb.

Özbəkistanda dünən keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb.

Publika.az Özbəkistan mediasına istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Ulukbəy Abdulsalamov Şövkət Mirziyoyevin seçkilərdə qalib gəldiyini açıqlayıb.

Şövkət Mirziyoyevə 88,61 faiz seçici və ya 15 milyon 906 min vətəndaş səs verib.

Özbəkistan Xalq-Demokratik Partiyasından Hotamcan Ketmonov 3,73, Sosial-demokrat “Ədalət” Partiyasının namizədi Nəriman Umarov 3,46, Özbəkistanın Demokratik Partiyasının namizədi Sərvər Otamuratov isə 2,35 faiz səs toplayıb.

Nəticələr seçkilərdən sonra 10 gündən gec olmayaraq rəsmi nəşrdə dərc edilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm