Moskva Vaşinqtonla masaya oturur: Əsəddən İKİ VARİANT
Bizi izləyin

Dünya

Moskva Vaşinqtonla masaya oturur: Əsəddən İKİ VARİANT

Rusiya xarici siyasət idarəsinin başçısı Hələbi tərk etməyən müxalifət güclərinin “terrorçu” hesab ediləcəyini söyləyib.

Rusiya Hələb şəhərini tərk etmək istəyən müxalifət qüvvələrinin çəkilməsi üçün ABŞ-la danışıqlar masasına oturacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər Naziri Sergey Lavrov deyib.

Rusiya xarici siyasət idarəsinin başçısı Hələbi tərk etməyən müxalifət güclərinin “terrorçu” hesab ediləcəyini söyləyib. Lavrov Hələbdə son müxalifət döyüşçüsü qalana kimi Suriya ordusunu dəstəkləyəcəklərini bildirib. Onun sözlərinə görə, Moskva Hələbdə mühasirədə olan müxalifət güclərinin çəkilməsi üçün ABŞ-la razılaşacağına ümid edir.

“Reuters” xəbər agentliyinə danışan müxaliflər isə Hələbin daha iki bölgəsinin itirildiyini açıqlayıb. Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Əl-Şaarda şiddətli döyüşlərin getdiyini bildirib.

Suriya ordusu dünən verdiyi bəyanatında Hələbdə olan müxalifət döyüşçülərindən şəhəri tərk etməsini istəyib. “Associated Press” agentliyinə danışan suriyalı general Samir Süleyman müxalifətin qarşısında yalnız iki variantın olduğunu, həyatda qalmaları üçün şəhəri tərk etməsinin vacib olduğunu qeyd edib. O, müxalifətin əlindəki bölgələrin yarıdan çoxunun geri alındığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm