Putin hökumətə azərbaycanlılarla bağlı tapşırıq verdi
Bizi izləyin

Dünya

Putin hökumətə azərbaycanlılarla bağlı tapşırıq verdi

Rusiya prezidenti Vladimir Putin hökumətə miqrantların uyğunlaşması haqqında qanun layihəsini hazırlamağı tapşırıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı müvafiq sərəncamı Millətlərarası Münasibətlər Şurasının iclasında verib.

Qanun layihəsi Rusiya Federasiyasında xarici vətəndaşların sosial və mədəni uyğunlaşmasının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək. Sənəd növbəti il sentyabrın 1-nə kimi hazır olmalıdır. Nazirlər Kabineti həmçinin xaricilərin uyğunlaşması ilə məşğul olacaq idarəni seçməlidir.

Bundan başqa, Putin ilin sonuna kimi milli siyasət haqqında dövlət proqramının hazırlanması barədə tapşırıq verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm