İranda modelyerlər həbs edildi
Bizi izləyin

Dünya

İranda modelyerlər həbs edildi

İran qanunvericiliyinə görə bütün qadınlar ictimai yerlərdə örtük geyinməlidirlər.

İranda dəb sahəsində fəaliyyət göstərən 12 nəfər İnternetdə fotolar paylaşdıqdan sonra "fahişəliyin təbliği" ittihamı ilə həbs ediliblər.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, Şiraz məhkəməsi 8 qadın və 4 kişiyə 5 aydan 6 ilədək həbs cəzası verib.

Onlara həmçinin həbsdən sonra dəb sahəsində çalışmaq və xaricə səyahət etmək qadağan edilib.

Bu ilin mayında Tehranın kiber cinayət məhkəməsi 8 nəfəri sosial mediada qadınların örtüksüz fotolarının paylaşılmasına görə həbs edib.

İran qanunvericiliyinə görə bütün qadınlar ictimai yerlərdə örtük geyinməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm