Seul metrosunda qatarlar toqquşub, 170-ə yaxın şəxs xəsarət alıb
Bizi izləyin

Dünya

Seul metrosunda qatarlar toqquşub, 170-ə yaxın şəxs xəsarət alıb

Seul metrosunda qatarlar toqquşub, 170-ə yaxın şəxs xəsarət alıb

Seul metrosunda baş vermiş qatar qəzası zamanı xəsarət alanların sayı 170 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü Reuters agentliyi yerli KİV-ə istinadən xəbər yayıb.

Seul metrosunda stansiyanın yaxınlığında iki qatar toqquşub, toqquşma nəticəsində qatarlardan biri relsdən çıxıb. Sərnişinlər stansiyaya qədər piyada getməli olublar.

Xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, qatarlardan relslərin üzərinə atılan sərnişinlər arasında çoxlu sayda yaralananlar var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm