Tramp üçün xoşagəlməz SÜRPRİZ – Nəticələr dəyişə bilər
Bizi izləyin

Dünya

Tramp üçün xoşagəlməz SÜRPRİZ – Nəticələr dəyişə bilər

Fikrimcə, Tramp kifayət qədər təcrübəyə malik deyil

ABŞ-ın Texas ştatından olan 38 seçicidən biri öz mövqeyini dəyişib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Dallasdan olan həkim Kristofer Suprun Donald Trampın xeyrinə səs verməkdən imtina edib.

Həkim “The New York Times” üçün yazdığı məqaləsində bildirib ki, Trampı layiqli namizəd hesab etmir. “Fikrimcə, Tramp kifayət qədər təcrübəyə malik deyil”, - deyə o bildirib.

Suprun qeyd edib ki, dekabrın 19-da keçiriləcək səsvermənin gedişatında Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizədlərdən biri – Ohayo ştatının qubernatoru Con Keysikaya səs vermək niyyətindədir.

Həkim əlavə edib ki, ABŞ üçün hələ hər şey itirilməyib və seçicilər “düzgün qərar” qəbul edə bilərlər.

Qeyd edək ki, daha əvvəl Donald Trampa səs verəcək Seçicilər Kollegiyasının 6 nümayəndəsi mövqelərini dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm