Putin yeni doktrinanı təsdiq etdi
Bizi izləyin

Dünya

Putin yeni doktrinanı təsdiq etdi

Yeni doktrinanın istiqamətlərindən biri informasiya texnologiyalarından istifadə vaxtı yarana biləcək hərbi münaqişələrin qarşısının alınmasıdır.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın informasiya təhlükəsizliyinin yeni doktrinasını təsdiq edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yeni doktrinanın istiqamətlərindən biri informasiya texnologiyalarından istifadə vaxtı yarana biləcək hərbi münaqişələrin qarşısının alınmasıdır.

Doktrinada həmçinin deyilir ki, bir sıra ölkələrin xüsusi xidmət orqanları dünyada vəziyyətin gərginləşdirilməsi üçün “informasiya-psixoloji təsir”dən istifadə edir, bu isə müstəqilliyin və başqa dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır.

Qeyd olunur ki, Rusiyanın əhəmiyyətli obyektlərinə hücumların sayı artır və ölkəyə qarşı xarici kəşfiyyat fəaliyyəti güclənir. Doktrinanın istiqamətlərindən birinə Rusiya Silahlı qüvvələrinin informasiya təhlükəsizliyinin təminat sisteminin təkmilləşdirilməsi daxildir.

Doktrinada həmçinin qeyd edilir ki, Rusiya KİV-i xaricdə açıq diskriminasiyaya məruz qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm