Yeni baş nazirin adı açıqlandı
Bizi izləyin

Dünya

Yeni baş nazirin adı açıqlandı

Baş nazirin dövlət başçısı ilə söhbəti yarım saatdan bir qədər çox davam edib.

Ölkənin yeni baş nazirinin adı da məlum olub.

Yeliseydən verilən məlumatına görə, olkənin Daxili İşlər Nazirliyinə başçılıq etmiş Bernar Kaznyov Fransanın yeni baş naziri təyin edilib.

***

Fransanın baş naziri Manuel Vals istefa verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Manuel Vals istefa ərizəsini prezident Fransua Ollanda təqdim edib.

Fransa prezidentinin iqamətgahı – Yelisey sarayına gələn baş nazirin dövlət başçısı ilə söhbəti yarım saatdan bir qədər çox davam edib.

Qeyd edək ki, Manuel Vals dünən 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. O, sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək.

Fransanın hazırkı prezidenti Fransua Olland ötən həftə prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm