Zəncani edamdan qurtula bilər
Bizi izləyin

Dünya

Zəncani edamdan qurtula bilər

2,8 milyard dollar versə...

Milyard dollarlıq korrupsiyada günahlandırılan və edama məhkum edilən məşhur milyarder Babək Zəncani mənimsədiyi pulları geri ödəyərsə, cəzası endiriləcək.

Publika.az xəbər verir ki, bunu Tehranın baş prokuroru Abbas Cəfəri Devletabadi deyib.

O bildirib ki, edam cəzası ilə təqsirləndirilən Zəncani üçün qurtuluş yolları hələ də mövcuddur:

“Zəncaninin mühakimə olunmasında prioritetli məqsəd mənimsədiyi malları qaytarmasıdır”.

Dövlətin 2,8 milyard dollarını mənimsəməkdə günahlandırılan Zəncani dekabrın 3-də həbs olunub. Keçən şənbə Zəncani haqqında verilən edam qərarı İran Yüksək Məhkəməsi tərəfindən təsdiqlənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm