Prezident istefa verəcəyi tarixi açıqladı
Bizi izləyin

Dünya

Prezident istefa verəcəyi tarixi açıqladı

O bu haqda hakim “Senuri” partiyasının rəhbərliyi ilə görüşdə bildirib.

Cənubi Koreya prezidenti Pak Kın Xe 2017-ci ilin aprelində istefa verməyə və iyuna qədər prezident seçkilərini təyin etməyə razıdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o bu haqda hakim “Senuri” partiyasının rəhbərliyi ilə görüşdə bildirib.

Prezident həmçinin bildirib ki, impiçment elan edilərsə, dövlətin və xalqın xeyrinə sakitcə hərəkət edəcək.

Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.

Noyabrın 29-da Pak Kın Xe korrupsiya qalmaqalı ilə bağlı ölkə vətəndaşlarından üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib. O, deyib ki, dövlət başçısı kimi gələcək taleyi ilə bağlı qərar verməyi parlamentin ixtiyarına buraxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm