Ukrayna nüvə dövləti statusunu qaytarır – ŞOK TƏKLİF
Bizi izləyin

Dünya

Ukrayna nüvə dövləti statusunu qaytarır – ŞOK TƏKLİF

Radikal Partiyasının lideri Oleq Lyaşko bildirib ki, Kiyev nüvə dövləti statusunun bərpası üçün bütün qanuni əsaslara malikdir.

Ukrayna Radikal Partiyasının deputatları ölkənin nüvə dövləti statusunun qaytarılmasını təklif ediblər.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Ali Radanın rəsmi saytında dərc edilib.

Sənədin tam mətni hələlik yoxdur.

Parlament üzvləri “Nüvə silahının yayılmaması haqqında müqaviləyə 1 iyul 1968-ci ildən Ukraynanın qoşulması haqqında” 1994-cü ildə qəbul edilmiş qanunu ləğv etməyi təklif edirlər.

Daha əvvəl Radikal Partiyasının lideri Oleq Lyaşko bildirib ki, Kiyev nüvə dövləti statusunun bərpası üçün bütün qanuni əsaslara malikdir. Onun fikrincə, Budapeşt memorandumunu imzalamış ölkələr üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Ukrayna ərazisində nüvə arsenalı qalıb. 1994-cü ildə ölkə Budapeşt razılaşması ilə Kiyev nüvə silahlarından imtina edib. Bunun qarşılığında Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən Ukraynaya təhlükəsizlik zəmanəti verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm