Kremldən SON SÖZ: “Şəhərdə qalanların hamısı öldürüləcək”
Bizi izləyin

Dünya

Kremldən SON SÖZ: “Şəhərdə qalanların hamısı öldürüləcək”

Suriyanın Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq.

Suriyanın Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, şəhərin şərq hissəsində “Ən-Nüsra” Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. “Bunlar terrorçulardır”, - deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü xatırladıb ki, yüzə yaxın yaşayış məntəqəsində olan müxtəlif qruplar atəşkəs rejiminə qoşulublar.

Daha əvvəl Rusiyanın xarici işlər Naziri Sergey Lavrov Hələbi tərk etməyən müxalifət güclərinin “terrorçu” hesab ediləcəyini söyləyib. Lavrov Hələbdə son müxalifət döyüşçüsü qalana kimi Suriya ordusunu dəstəkləyəcəklərini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm