Ərdoğandan SƏRT REAKSİYA: “Artıqlaması ilə cavab veriləcək”
Bizi izləyin

Dünya

Ərdoğandan SƏRT REAKSİYA: “Artıqlaması ilə cavab veriləcək”

Sən terrorçunu ölkəndə qonaq saxlayırsan.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Ayşənur Baxçaqapılının Almaniyada polis tərəfindən saxlanılmasına sərt reaksiya verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısı Almaniyaya eyni cavabın verilməli olduğunu bildirib.

“TBMM-nin sədr müavini Almaniyaya səyahət edir. İçində şəxsiyyət vəsiqəsinin də olduğu çantasını oğurlayırlar. Səfirliyə gedərək müvəqqəti pasport alır və onun hava limanında keçməsinə icazə vermirlər. Bundan başqa, bir neçə saat gözlədirlər. Sən terrorçunu ölkəndə qonaq saxlayırsan. Amma bu ölkənin parlamentinin sədr müavini və yanındakı heyətini qapıda saatlarla saxlayırsan. İndi bunlara eynisini etmək lazım deyilmi?” – deyə Türkiyə prezidenti vurğulayıb.

Dövlət başçısı bildirib ki, Almaniyanın etdiyi hərəkətə artıqlaması ilə cavab verilməlidir.

Qeyd edək ki, Ayşənur Baxçaqapılının içində pul, kredit kartı, pasport və şəxsiyyət vəsiqəsi olan çantası Almaniyada oteldə oğurlanıb. Baxçaqapılı hava limanında alman polisinin tərbiyəsizliyi ilə qarşılaşıb. O, bir neçə saat polis idarəsində saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm