İçində 47 nəfərin olduğu təyyarə yandı (YENİLƏNİB) - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

İçində 47 nəfərin olduğu təyyarə yandı (YENİLƏNİB) - - FOTO/VİDEO

Təyyarə Çitral şəhərindən İslamabada uçurdu.

Pakistan polisi Hayber-Paxtunxva əyalətində sərnişin laynerinin düşdüyünü təsdiqləyib. Təyyarə silah zavodunun yaxınlığında düşüb.

Hadisə yerinə ordu bölmələri və vertolyotlar göndərilib. Təyyarənin içində 42 nəfər, həmçinin dünyanın 500 ən məşhur müsəlmanın olduğu siyahıda yer alan məşhur müğənni Cunaid Camşed olub. Sərnişinlərdən 9-u qadın, 2-si uşaq və 2-si əcnəbi olub.

İlkin məlumatlara görə, layner mühərrikində olan problemlərə görə qəzaya uğrayıb. Əyalət hakimiyyətinin məlumatına görə, təyyarə dağlıq ərazidə dağılıb. Təyyarənin qırıntılarının böyük əraziyə yayıldığı bildirilir.

Təyyarə düşdükdən sonra alovlandığı üçün sərnişinlər yanaraq tanınmaz hala düşüblər. Sağ qalanların olmadığı deyilir.

***

Pakistanın “International Airlines” aviaşirkətinin təyyarəsi radarlardan itib.

Publika.az xəbər verir ki, bu haqda Pakistanın “Dawn” qəzeti bildirib.

Nəşr təyyarənin içində 47 nəfərin (onlardan 5 nəfəri ekipaj üzvüdür) olduğunu yazıb. Təyyarə Çitral şəhərindən İslamabada uçurdu.

"Reuters"in yerli mənbələrə istinadən verdiyi xəbərə görə, havaya qalxandan dərhal sonra dispetçerlə əlaqəsi kəsilən təyyarə qəzaya uğrayıb.

Ömər Dağlı

Watch video!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm