NATO-dan Moskvaya XƏBƏRDARLIQ: “Müharibə istəmirik, amma...”
Bizi izləyin

Dünya

NATO-dan Moskvaya XƏBƏRDARLIQ: “Müharibə istəmirik, amma...”

Rusiya inadla Ukraynada öz silahlı qüvvələrini toplayır.

“NATO Baltikyanı regionda Rusiya ilə qarşıdurmaya istəmir və buna cəhd etmir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Atlantika İttifaqının (NATO) baş katibi Yens Stoltenberq deyib.

“Rusiyanın neçə illər ərzində Baltikya ölkələri regionunda silahlı qüvvələri yerləşdirməsi bizi mütənasib müdafiə hərəkətlərinə itələyir. Biz qarşıdurma istəmirik, amma reaksiya verməliyik. Rusiya inadla Ukraynada öz silahlı qüvvələrini toplayır”, - deyə ittifaqın rəhbəri Brüsseldə keçirilən Ukrayna-NATO komissiyasının iclası zamanı jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, NATO iyulda keçirdiyi Varşava sammitində Şərqi Avropada hərbi kontingentin yerləşdirilməsi barədə qərar qəbul edib. Qərara görə, Polşa və Baltikyanı ölkələrdə 2017-ci ildə dörd çoxmillətli batalyon yerləşdirəcək. Bundan başqa, NATO-nun Qara dəniz regionunda gücləndirilməsi haqqında müzakirələr aparılır. İttifaq bunu Rusiya tərəfindən olan təhdidlə izah edir.

Moskva dəfələrlə bildirib ki, Rusiya heç vaxt hər hansı NATO ölkəsi ilə vuruşmayacaq, amma öz sərhədlərində NATO-nun güclənməsini cavabsız qoymayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm