Müharibəyə səbəb ola biləcək ŞOK İDDİA: Türk əsgərlərini...
Bizi izləyin

Dünya

Müharibəyə səbəb ola biləcək ŞOK İDDİA: Türk əsgərlərini...

Hava hücumunda dörd türk hərbi qulluqçusu həlak olub.

Noyabrın 24-də Suriyanın şimalında türk əsgərlərinə qarşı hücumda İran istehsalı olan dronlardan (pilotsuz uçuş aparatları – red.) istifadə edilib.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Hürriyyət” nəşri adını açıqlamayan Türkiyənin yüksəkvəzifəli nümayəndəsinə istinadən bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarənin Livanın “Hizbullah” şiə təşkilatı, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlı dəstəsinə və yaxud da Suriya ərazisində olan hər hansı şiə qruplaşmasına aid olduğu hələ bilinmir.

Mənbənin məlumatlarına əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın noyabrın 26-da Tehrana səfəri zamanı bu məsələ müzakirə edilib. Bundan başqa, qəzet adsız Rusiya mənbələrinə istinadən qeyd edir ki, türk hərbi qulluqçularının həlak olması ilə bağlı aparılan müzakirələrdə Ankara və Moskva hücumda pilotsuz təyyarədən istifadə olunduğuna dair yekdil fikrə gəliblər.

Rusiya tərəfi Türkiyəyə bildirib ki, pilotsuz təyyarə Rusiyaya aid deyil və Suriya hökumət güclərinin arsenalında belə uçuş aparatları yoxdur. Türkiyə ilə məsləhətləşmələrin gedişatında Moskva həmçinin bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri də hücumla əlaqəsinin olmadığına dair Rusiyanı inandırıb.

Daha əvvəl türk hərbçiləri hücumun arxasında Suriya Hərbi Hava Qüvvələrinin olduğunu irəli sürüblər.

Xatırladaq ki, hava hücumunda dörd türk hərbi qulluqçusu həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm