Saakaşvili aeroportda yaşayacaq
Bizi izləyin

Dünya

Saakaşvili aeroportda yaşayacaq

Saakaşvili noyabrın 7-də Odessa qubernatoru vəzifəsindən istefa verib.

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum ediləcəyi halda, hər hansı aeroportun tranzit zonasında məskən salacaq.

Publika.az xəbər verir ki, o, bu haqda Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində deyib.

Dünən isə Saakaşvili hədəfinin Ukraynada siyasi sinfin dəyişdirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna adambaşına ümumi daxili məhsulun səviyyəsinə görə Avropada ən kasıb ölkəyə çevrilib.

Saakaşvili noyabrın 7-də Odessa qubernatoru vəzifəsindən istefa verib. Saakaşvili Odessada keçirdiyi mətbuat konfransında deyib ki, istefa qərarı hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədardır. O, bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir.

Ukrayna prezidenti Saakaşvilinin istefasını siyasi ambisiyalarla bağlayıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti 2015-ci il mayın 30-da Ukrayna vətəndaşlığı alıb. O, 2015-ci ilin dekabrında Gürcüstan vətəndaşlığından məhrum edilib.

Mixail Saakaşvili noyabrın 17-də “Facebook” səhifəsində yazıb ki, prezident Pyotr Poroşenko məhkəmə vasitəsilə onu Ukrayna vətəndaşlığından məhrum etmək fikrindədir. Gürcüstanın eks-prezidenti məlumatlı mənbəyə istinad etdiyini bildirib. Saakaşvilinin məlumatına görə, prezident bu məsələni “Pyotr Poroşenko Bloku” fraksiyasının başçısının birinci müavini İqor Kononenko və Ali Radanın hüquqi siyasəti komitəsinin üzvü Aleksandr Qranovskiyə tapşırıb.

Ukrayna daxili işlər nazirinin məsləhətçisi İlya Kiva Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsini tələb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm