Xəstəxanada QANLI OLAY: Qaynı, arvadı və qaynanasını... - FOTO
Bizi izləyin

Dünya

Xəstəxanada QANLI OLAY: Qaynı, arvadı və qaynanasını... - FOTO

Qaynı, arvadı və qaynanasını tapançayla vurdu.

Türkiyənin Elazığ vilayətində Harput Dövlət Xəstəxanasında baş verən dəhşətli hadisənin görüntüləri ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən axşam saatlarında Ümit Gürgüzel həyat yoldaşı, qayınanası və qaynını tapançadan atəş açmaqla vurub.

Hadisə dünən saat 21.00 radələrində baş verib. 47 yaşındakı Zeynəb Dəmir və 23 yaşındakı oğlu Faruk Dəmir bir həftəlik körpəsi ilə xəstəxanada yatan 22 yaşındakı Tuba Gürgüzelin yanına gəlib. Burada Tuba Gürgüzelin həyat yoldaşı Ümit Gürgüzellə qayınanası Zeynəb Dəmir və qaynı Faruk Dəmir arasında mübahisə düşüb.

Mübahisə böyüyüb və Ümit Gürgüzel üzərindəki tapançadan qaynı, həyat yoldaşı və qayınanasına atəş açıb. Zeynəb Dəmir hadisə yerində həyatını itirib, Tuba Gürgüzel ilə qardaşı Faruk Dəmir, həmçinin həmin vaxt dəhlizdə olan Sedar Çiftçibaşı yaralanıb. Ağır yaralanan Faruk Dəmir bu gün səhər saatlarında həyatını itirib. Digər iki yaralının müalicəsi davam edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm