Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı
Bizi izləyin

Dünya

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Almaniyanın Ankaradakı səfiri Mertin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, səfir Türkiyə parlamentinin vitse-spikeri Ayşe Nur Bahçekapılının Almaniyada aeroportda saxlanılması ilə əlaqədar çağırılıb.

Türkiyə mənbələrinə görə, diplomatik pasportunu oğurladan vitse-spiker hava limanında hüquq mühafizə əməkdaşlarının kobud davranışı ilə qarşılaşıb, daha sonra isə saxlanılıb.

Almaniya səfirinə hadisə ilə bağlı Türkiyə XİN-nin narazılığı çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm