Tramp qlobal təhlükəsizlik üçün əsas riskdir - SORĞU
Bizi izləyin

Dünya

Tramp qlobal təhlükəsizlik üçün əsas riskdir - SORĞU

Sorğuda 146 iqtisadçı iştirak edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Avropada keçirilən seçkilərin nəticələri 2017-ci ildə dünya iqtisadiyyatının sabitliyi üçün əsas risklərdir.

Publika.az xəbər verir ki, bunu “Bloomberg Oxford Economics”in analitik mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğuda 146 iqtisadçı iştirak edib.

Rəyi soruşulan ekspertlərin 38 faizi hesab edir ki, Trampın gələcək siyasətinin qeyri-müəyyənliyi qlobal təhlükəsizlik üçün əsas riskdir. Onların 37 faizi isə bildirir ki, Almaniyadakı parlament seçkiləri və Fransadakı prezident seçkiləri də narahatlıq yaradır.

Respondentlərin yarısından çoxu qeyd ediblər ki, son üç ay ərzində ABŞ-da kəskin iqtisadi enmə ehtimalı əhəmiyyətli dərəcədə artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm