ABŞ-da silahlı insident - 2 polis yaralandı
Bizi izləyin

Dünya

ABŞ-da silahlı insident - 2 polis yaralandı

Yaxınlıqdakı universitetin əməkdaşları və tələbələri təxliyə olunub.

ABŞ-ın Amerikus şəhərində (Corciya ştatı) silahlı insident baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat verib.

Məlumata görə, şəhərdə yerləşən yaşayış komplekslərinin birində atışma olub. Hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.

Yaxınlıqdakı universitetin əməkdaşları və tələbələri təxliyə olunub. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm