Obamadan İNANILMAZ ETİRAF: “İŞİD-in...”
Bizi izləyin

Dünya

Obamadan İNANILMAZ ETİRAF: “İŞİD-in...”

ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşması ilə bağlı böyük bir etiraf edib.

ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşması ilə bağlı böyük bir etiraf edib.

Publika.az xəbər verir ki, dövlət başçısı CNN kanalına müsahibəsində 2014-cü ildə İŞİD-in ekspansiyasının onu qəflətən yaxaladığını bildirib.

“İŞİD-in genişmiqyaslı quru hücumları təşkil etmək imkanı mənim kəşfiyyat radarımın ekranında yox idi”, - deyə Obama vurğulayıb.

Obama əmin olduğunu dilə gətirib ki, onun administrasiyası İŞİD-lə mübarizədə həmişə ən yaxşı addımlara təşəbbüs edib: “Biz regionda mürəkkəb siyasətin həyata keçirilməsində qüsursuz idikmi? Əlbbət ki, xeyr. Biz hər mərhələdə mümkün olan ən yaxşı qərarları qəbul etdikmi? Cavab müsbətdir”.

Qeyd edək ki, İŞİD-in ekspansiyası son iki ildə dünya üçün əsas problemlərindən birinə çevrilib. 2014-cü ildə təxminən 30 min döyüşçü (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə) ələ keçirdiyi ərazilərdə xilafət elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm