Müharibə, su uğrunda döyüş, yoxsa... - Kərimovun xələfi Mərkəzi Asiyaya nə gətirəcək?
Bizi izləyin

Dünya

Müharibə, su uğrunda döyüş, yoxsa... - Kərimovun xələfi Mərkəzi Asiyaya nə gətirəcək?

İndi əsas düşündürücü məsələ Şövkət Mirziyoyevin hansı siyasi kursu izləyəcəyidir.

Özbəkistan İslam Kərimovun vəfatından sonra Şövkət Mirziyoyevi yeni prezident seçdi. Özbəkistan Liberal-Demokratik Partiyasından namizədliyi irəli sürülən keçmiş baş nazir seçkidə Xalq-Demokratik Partiyasından Hotamcan Ketmonov, Sosial-demokrat “Ədalət” Partiyasından Nəriman Umarov və Özbəkistanın Demokratik Partiyasından Sərvər Otamuratovu böyük fərqlə qalib gəldi. İndi əsas düşündürücü məsələ Şövkət Mirziyoyevin hansı siyasi kursu izləyəcəyidir.

Publika.az xəbər verir ki, MDB İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan şöbəsinin müdiri Andrey Qrozin Mirziyoyevin ilk növbədə iqtisadi məsələlərə diqqət ayıracağını hesab edir: “Seçkiqabağı proqramında da iqtisadi problemlərin həlli ilə bağlı vədlər vermişdi. O, 15 il ərzində iqtisadiyyatla məşğul olub, hesab edirəm ki, bu, onda alınacaq”.

Onun sözlərinə görə, Ş. Mirziyoyev prezident vəzifələrini müvəqqəti icra etdiyi 3 ay ərzində özünü göstərməyə vaxt tapdı.

“Özbəkistanda kiçik və orta sahibkarlara təzyiq azaldı, siyasi həbslərə son qoyuldu. Xarici siyasətdə müəyyən irəliləyişlərə nail olundu. Mirziyoyev əla anlayır ki, ümumdünya böhranı şəraitində respublikanın iqtisadiyyatı qonşularla ticarət olmadan sabit vəziyyətə düşməyəcək. Xüsusilə Qırğızıstan, Tacikistan və Türkmənistanla mehriban münasibətləri bərpa etmək lazımdır”, - deyə o vurğulayıb.

Rusiyalı politoloqun fikrincə, Mərkəzi Asiyada su resursları ilə bağlı mübarizə başlayacaqsa, o zaman Özbəkistan, Tacikistan və Qırğızıstan arasında sərhəd məsələsi üzərindəki mübarizə ikinci plana keçəcək.

“Şərq-Qərb Strategiya” mərkəzinin direktoru Dmitri Orlov deyir ki, İslam Kərimovun ölümündən sonra 3 ay ərzində Özbəkistanda müşahidə edilən sakitlik çox şeydən xəbər verir: “Kərimovun qurduğu sistem əla işləyir. İndi hər şey Mirziyoyevin ölkəyə nə qədər nəzarət edə biləcəyi və güclü olmasından asılı olacaq. O, xalqın gözünə zəif lider kimi görünməməlidir. Lakin elə etməlidir ki, onu Kərimovla da müqayisə etməsinlər. Bu baxımdan, onun Özbəkistanda sabitliyi saxlayacağını, qonşularla ikitərəfli münasibətləri inkişaf etdirəcəyini demək mümkündür. Sülh şəraiti isə ona seçkiqabağı vədlərini yerinə yetirməyə, yaxşı xarici siyasət aparmağa, həmçinin, özbəkistanlıların sosial rifahını yaxşılaşdırmağa imkan verəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm