Belçikada ermənilərdən ibarət cinayətkar qruplaşma çökdürüldü
Bizi izləyin

Dünya

Belçikada ermənilərdən ibarət cinayətkar qruplaşma çökdürüldü

“Challenger” yarışının matçlarında təxminən 50 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Belçikada Beynəlxalq Tennis Federasiyasının (ITF) “Challenger” yarışının matçlarında təxminən 50 insan dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Derniere heure” qəzeti yazıb.

Nəşrin məlumatına görə, saxlanılanlar nəticələri qabaqcadan məlum olan matçlar üçün bukmeker ofislərində pul qoymaqda ittiham olunur. Artıq Brüssel, Antverpen, Gent və Brügge şəhərlərinin prokurorluqları tərəfindən 18 cinayət işi qaldırılıb. İstintaq orqanları hesab edir ki, dələduzluğun arxasında Ermənistandan gəlmələr dayanırlar.

İstintaq həmçinin istisna etmir ki, cinayət işinin arealı Avropanın başqa ölkələrinə də yayıla bilər.

ITF-nin “Challenger” yarışında əsasən gənc peşəkar tennisçilər iştirak edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm