Şuşkeviç: “Biz SSRİ-yə son qoymaq üçün gəlməmişdik”
Bizi izləyin

Dünya

Şuşkeviç: “Biz SSRİ-yə son qoymaq üçün gəlməmişdik”

Stanislav Şuşkeviç SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejski razılaşmalarından danışıb.

Belarus Ali Sovetin keçmiş sədri Stanislav Şuşkeviç SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejski razılaşmalarından danışıb.

Publika.az xəbər verir ki, o, “Delfi” portalına müsahibəsində üç respublikanın - Rusiya, Ukrayna və Belorus liderlərinin Belovejskiyə qərar qəbul etmək üçün gəlmədiklərini deyib.

“Mən Boris Yeltsini iqtisadi məsələləri həll etmək üçün dəvət etdim. Vəziyyət belə alındı. Nəticədə, Belovejski razılaşmaları imzaladıq”, - o bildirib.

Siyasətçi qeyd edib ki, razılaşmaları imzaladığı mürəkkəb qələmini bir əcnəbiyə hədiyyə edib: “Mənim mürəkkəb qələmim var idi. Mən məmnuniyyətlə, razılaşmaları imzalayırdım”.

Qeyd edək ki, bu gün SSRİ-nin dağılmasının 25 ili tamam olur. 1991-ci dekabrın 8-də üç respublikanın –Belarus, Ukrayna və Rusiya lideri - Belarus Ali Sovetin sədri Stanislav Şuşkeviç, Rusiya prezidenti Boris Yeltsin və Ukrayna prezidenti Leonid Kravçukun iştirakı ilə Belovejsk sazişi imzalandı. Bununla da Sovet İttifaqının varlığına son qoyuldu, yeni Müstəqil Dövlətlər Birliyi tarix səhnəsinə çıxdı. Dekabrın 25-də isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov televiziya ilə istefası haqqında fərmanını oxudu – SSRİ tarixə döndü. Dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin fəaliyyətinə xitam verilməsi haqqında qətnamə qəbul etdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm