Rusiya ilə müharibə aparan general öldü
Bizi izləyin

Dünya

Rusiya ilə müharibə aparan general öldü

General ölkənin şərqində anti-terror əməliyyatlarının planlaşdırılmasında bilavasitə iştirak edirdi.

Ukrayna Silahlı qüvvələrinin general-leytenantı Boleslav Dembovskiy vəfat edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının müdiri Viktor Mujenko “Facebook” səhifəsində bildirib.

Baş qərargahın başçısı qeyd edib ki, general ölkənin şərqində anti-terror əməliyyatlarının planlaşdırılmasında bilavasitə iştirak edirdi.

Qeyd edək ki, rəsmi Kiyev Rusiyanı Ukraynanın şərqini işğal etməkdə ittiham edir. Ukrayna hakimiyyəti Donbasda on minlərlə rus hərbçisinin olduğunu və Ukrayna ordusuna qarşı əməliyyatlara birbaşa rus generalları tərəfindən komandanlıq edildiyini bildirir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm