ABŞ-da zəlzələ - 6,5 bal
Bizi izləyin

Dünya

ABŞ-da zəlzələ - 6,5 bal

Dağıntılar barədə məlumat verilmir.

ABŞ-ın Kaliforniya ştatı sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 18.49-da qeydə alınıb. Zəlzələnin episentri Ferndeyl şəhərindən 165 km qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntılar barədə məlumat verilmir. Sunami haqqında xəbərdarlığa dair hələlik məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm