Moskvada bir neçə gün davam edən yanğını İŞİD törədib
Bizi izləyin

Dünya

Moskvada bir neçə gün davam edən yanğını İŞİD törədib

Moskvada bir neçə gün davam edən yanğını İŞİD törədib

İŞİD terror qruplaşması Moskva ətrafında mebel fabrikində baş vermiş yanğına görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu haqda ekstremistlərin internetdə fəallığını monitorinq edən “SITE Intel Group” analitik xidmətinin “Twitter” hesabında deyilir.

Xəbərdə qeyd olunur ki, yanğın İŞİD-in “əsgər”i tərəfindən törədilib. Amma hər hansı sübut göstərilməyib.

Qeyd edək ki, Moskva ətrafında yerləşən mebel fabrikində yanğın noyabrın 15-i gecəsi baş verib. Zavodun zirzəmisində başlayan yanğın bir neçə gün davam edib. Fabrikin yanması ilə Losino-Petrovski rayonunun xeyli sakinini işsiz qalıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm