Dünya
Parlament prezidenti vəzifəsindən kənarlaşdırdı
Cənubi Koreya parlamenti ölkə prezidentinin impiçmentini elan edib.
İmpiçmentin lehinə 234, əleyhinə 56 millət vəkili səs verib. Cənubi Koreya televiziyası iclası birbaşa yayımlayıb.
İmpiçmenti ölkənin Konstitusiya Məhkəməsi təsdiq etməlidir.
***
Cənubi Koreya parlamentində ölkə prezidentinin Pak Kın Xenin impiçmenti üzrə iclas başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, iclasda impiçment üzrə səsvermənin keçiriləcəyi gözlənilir.
Ölkə başçısının parlament vasitəsilə vəzifəsindən kənarlaşdırılması üçün 300 deputatdan ən azı 200-nün səsi lazımdır. Müxalifət və müstəqil parlament üzvləri 172 səsə malikdir. Buna görə impiçment üçün iqtidardakı “Senuri” partiyasından minimum 28 səs lazımdır. Ötən həftə “Senuri”nin nümayəndəsi Yan Çul Xvanı bildirib ki, hakim partiyada lazım olan səslər toplanıb.
Parlament qarşısında isə prezidentin istefası tələbi ilə kütləvi nümayiş keçirilir.
Qeyd edək ki, bir müddət öncə Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.
Pak Kın Xe korrupsiya qalmaqalı ilə bağlı ölkə vətəndaşlarından üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib. O, deyib ki, dövlət başçısı kimi gələcək taleyi ilə bağlı qərar verməyi parlamentin ixtiyarına buraxıb.
Ömər Dağlı
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək