Keçmiş prezident Kremlin geosiyasi planını açıqladı
Bizi izləyin

Dünya

Keçmiş prezident Kremlin geosiyasi planını açıqladı

İnsanlar XX əsrdə heç kəsə belə planların həyata keçirilməsinə icazə verməyəcək

“Rusiyalılar Moskvanın üstün olacağı geosiyasi ittifaq yaratmağa çalışır”.

Publika.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bunu Kiyevdə SSRİ-nin dağılmasına həsr edilmiş fotoalbomun nümayişində Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib.

“Düşünmürəm ki, rusiyalılar Sovet İttifaqının qayıdışını istəyirlər. Onlar Rusiyanın rəhbərlik edəcəyi, hər şeyin Rusiyanın əlində olacağı hansısa ittifaq yaratmaq istəyirlər. Rusiya istəyir ki, ona xidmət və sitayiş etsinlər, özlərinin deyil, Moskvanın iradəsini icra etsinlər”, - deyə Kravçuk bildirib.

Keçmiş prezident əlavə edib ki, belə bir arzunun həyata keçirilməsi mümkün deyil: “Çünki dünya dəyişib, insanlar daha azad olublar. Bu, XIX əsrin, bəlkə də XX əsrin başlanğıcının fikirləridir. İnsanlar XX əsrdə heç kəsə belə planların həyata keçirilməsinə icazə verməyəcək”.

Kravçuk cari ilin avqustunda bildirmişdi ki, Moskvada Ukraynanı özünə tabe etmək ideyası üstün gələrsə, Rusiya öz mövcudluğunu dayandıra bilər.

Qeyd edək ki, Kravçuk 1991-ci ildən 1994-cü ilə qədər Ukraynanın prezidenti olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejski razılaşmasına imza atıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm