“Ukraynanı Rusiyaya qarşı silahlandırın!” - Senatorlardan ŞOK ÇAĞIRIŞ
Bizi izləyin

Dünya

“Ukraynanı Rusiyaya qarşı silahlandırın!” - Senatorlardan ŞOK ÇAĞIRIŞ

Minsk razılaşmaları yerinə yetirilənə kimi Rusiyaya qarşı qəbul edilən sanksiyalar ləğv edilməməlidir.

ABŞ Konqresinin republikaçılar və demokratlardan ibarət senatorlar qrupu yeni seçilmiş prezident Donald Trampa məktub yazıb.

Publika.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, senatorlar Donald Trampı Ukraynaya daha çox hərbi yardım etməyə və Rusiyanın təcavüzkar davranışına qarşı durmağa çağırıblar.

“On iki respublikaçı və on beş demokrat senator Trampı Ukraynaya silah verməyə, həmçinin Krımın zəbt edilməsi və Ukraynanın şərqində stabilliyi pozan hərəkətlərə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları saxlamağa çağırıblar”, - nəşr yazıb.

Senatorlar bildirirlər ki, Krım və Şərqi Ukraynada Rusiyanın hərəkətləri diplomatik, hüquq və müdafiə normalarını pozur.

“Biz güman edirik ki, Krımın Rusiya tərəfindən qanunsuz zəbti heç vaxt qəbul edilməməlidir. Minsk razılaşmaları yerinə yetirilənə kimi Rusiyaya qarşı qəbul edilən sanksiyalar ləğv edilməməlidir”, - senatorlar məktubda qeyd ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm