Vaşinqtona sərt reaksiya: “Bu, Rusiya üçün...”
Bizi izləyin

Dünya

Vaşinqtona sərt reaksiya: “Bu, Rusiya üçün...”

Buna görə də prezident məhdudiyyətləri ləğv etməyə məcburdur.

“Suriyadakı müttəfiqlərə silah, döyüş sursatları və hərbi texnikanın çatdırılmasına üzrə məhdudiyyətlərin ləğvi barədə Vaşinqtonun qərarı yalnız regionda deyil, həm də bütün dünya üçün təhlükəlidir”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Silahların müxtəlif növlərinin, həmçinin daşınabilən zenit-raket komplekslərinin terrorçuların əllərinə düşməsi bu qərarın ən pis nəticəsi olardı”, - deyə Peskov bildirib.

O, xatırladıb ki, daşınabilən zenit-raket kompleksləri dünyanın bütün ölkələri, həmçinin Rusiya üçün təhdiddir.

Xatırladaq ki, dünən ABŞ prezidenti Barak Obama ölkənin Suriyadakı müttəfiqlərinə silah tədarükünü qadağan edən qanunu ləğv edib. Ağ Evdəki mənbə “RİA-Novosti” agentliyinə bildirib ki, məhdudiyyətlərin ləğvi Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə əməliyyatla bağlıdır.

Ağ Evin nümayəndəsi qeyd edib ki, ABŞ Suriyanı terrorizmi himayə edən dövlət hesab edir: “Buna görə də prezident məhdudiyyətləri ləğv etməyə məcburdur. Başqa halda Amerika hərbçiləri Suriyada anti-terror əməliyyatları həyata keçirən partnyorları silahla təchiz edə bilməyəcəklər”.

Hərbi yardımın göstərilməsi üçün dövlət katibi və müdafiə naziri Konqresi məlumatlandırmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm