Oğluna tərlik atan anaya 5 il cəza – GÖRÜNMƏMİŞ "CİNAYƏT"
Bizi izləyin

Dünya

Oğluna tərlik atan anaya 5 il cəza – GÖRÜNMƏMİŞ "CİNAYƏT"

Prokurorluq tərliyi “silah” hesab edib.

Türkiyədə indiyə qədər görünməmiş “cinayət hadisəsi” baş verib.

Publika.az xəbər verir ki, Dənizli vilayətinin Honaz əyalətində yaşayan 62 yaşlı Şenay Güzelə oğluna tərlik atdığı üçün cinayət işi açılıb.

Məlumata görə, prokurorluq orqanları ananın oğluna atdığı tərliyi “silah” hesab edib. Anaya 5 ilə qədər həbs cəzası istənilib.

Anasından şikayətçi olan oğlu Hasan Güzel məhkəmədə şikayətini geri götürdüyü üçün Ş.Güzel məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 38 yaşlı Hasan Gözəl ondan bir mərtəbə yuxarıda yaşayan anasının evinə gedərək, onunla mübahisə edib. Ailə zəminində baş verən mübahisə zamanı ana ayağındakı tərliyi oğluna tərəf atıb. Lakin tərlik Hasana dəyməyib. Hasan isə polisə gedərək, anasından şikayət edib.

Prokurorluq Şenay Güzel haqqında Türkiyə Cinayət Məcəlləsinin 86-cı maddəsi ilə (qəsdən yüngül xəsarət yetirməyə cəhd) cinayət işi açıb. Ş.Güzelin oğluna atdığı tərlik isə “silah” hesab olunub.

“Ayağımdakı tərliyi Hasana doğru atdım, amma dəymədi. O da gedib polisə şikayət edib. Analar övladlarına həmişə tərlik atarlar. Bilsəydim, etməzdim”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm