GUAM-da sədrlik Gürcüstana keçdi
Bizi izləyin

Dünya

GUAM-da sədrlik Gürcüstana keçdi

Bu barədə qərar GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında qəbul edilib.

2017-ci ildə GUAM təşkilatına sədrlik Gürcüstana keçib.

Trend-in məlumatına görə, bu barədə qərar GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında qəbul edilib.

Toplantı Hamburqda ATƏT XİNŞ iclası çərçivəsində keçirilib.

GUAM-ın XİNŞ iclası 2016-cı ildə qurumun yekun iclası olub. İclasda Azərbaycanın 2016-cı ildə GUAM sədrliyinin yekunları müzakirə olunub.

Qeyd edək ki, GUAM formatı 1997-ci ildə yaradılıb. Hazırda qurum “GUAM+ABŞ” və “GUAM+Yaponiya” formatlarında Vaşinqton və Tokio ilə sıx əməkdaşlıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm