Sabiq millət vəkilinin 18 yaşlı nəvəsi intihar etdi
Bizi izləyin

Dünya

Sabiq millət vəkilinin 18 yaşlı nəvəsi intihar etdi

O, dərman içərək canına qəsd edib.

Türkiyədə intihar faktı qeydə alınıb.

"Milliyet" bildirir ki, Türkiyənin sabiq millət vəkili Arif Ağaoğlunun nəvəsi Dila İ.intihar edib.

O, dərman içərək canına qəsd edib. Qızın cəsədi ötən gün torpağa tapşırılıb.

İstanbul Bahçeşehir Universitetinin 1-ci kurs tələbəsi Dila dərsdən çıxdıqdan sonra evə gəlib. O, birlikdə qaldığı rəfiqələrinə yorğun olduğunu söyləyib. Uzun müddət keçməsinə rəğmən qızın otaqdan çıxmadığını görən yoldaşları onun otağına giriblər. Dilanın hərəkət etmədiyini görən qızlar həkimə xəbər veriblər. Evə gələn həkimlər Dilanın həyatını itirdiyini söyləyiblər. Məlum olub ki, Dila dərman içərək canına qıyıb.

Qeyd edək ki, Dilanın intihar səbəbi barədə məlumat verilmir. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm