CİA-nın gizli Tramp HESABATI: seçkinin nəticələri ləğv olunur
Bizi izləyin

Dünya

CİA-nın gizli Tramp HESABATI: seçkinin nəticələri ləğv olunur

CİA 8 noyabrda keçirilən seçkilərə Rusiyanın müdaxilə etdiyi nəticəsinə gəlib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Donald Trampın prezident seçilməsinə Rusiyanın kömək etdiyinə dair iddiaların araşdırılmasını başa çatdırıb.

Publika.az
xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinə hökumətin yüksək rütbəli məmuru məlumat verib.

İddiaya görə, CİA 8 noyabrda keçirilən seçkilərə Rusiyanın müdaxilə etdiyi və Trampın qələbə qazanmasına kömək etdiyi nəticəsinə gəlib.

Məlumata görə, Kremlə yaxın şəxslər Demokratlar Partiyasının gizli məlumatlarını kiber hücumla ələ keçirərək, “Wikileaks”ə ötürüb. Haqqında danışılan şəxslər Amerika kəşfiyyatı tərəfindən de-şifrə ediliblər.

CİA apardığı araşdırmalarla bağlı hesabat hazırlayaraq, Konqresə təqdim edib. Lakin hesabatda Kremlin birbaşa hansısa şəxsə təlimat verdiyi haqqında məlumatlar yer almayıb. CİA Rusiyanın prosesləri arxa fonda idarə etdiyinə inanır.

Donald Trampın komandası bu məsələyə dərhal reaksiya verib.

“Bu şəxslər vaxtilə Səddam Hüseynin kütləvi qırğın silahı var deyənlərdir. Seçki böyük bir uğurla başa vurulubdur”, - deyə açıqlamada bildirilir.

Ekspertlərə görə, Konqres seçkini müzakirəyə çıxararsa, yaxud Trampın qələbəsinin arxasında başqa məqamlar tapılarsa, seçki nəticələrini şübhə altına alına bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm