Türkiyə ordusu Əl Baba girdi: şəhərdə küçə döyüşləri gedir
Bizi izləyin

Dünya

Türkiyə ordusu Əl Baba girdi: şəhərdə küçə döyüşləri gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumatı təsdiqləyib.

Türkiyə əsgərləri və Suriya Azadlıq Ordusu Əl Baba daxil olub.

Publika.az
xəbər verir ki, bu barədə Rusiyanın “Sputnik” agentliyi Suriya Azadlıq Ordusundakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, tanklarla şəhərə girən türk əsgərləri İŞİD-lə döyüşüb. Şəhərin bəzi bölgələri, o cümlədən xəstəxana binası terrorçuların əlindən alınıb. Hazırda əməliyyat davam etdirilir. Şəhərdə küçə döyüşlərinin getdiyinə dair məlumatlar var.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumatı təsdiqləyib.

“Suriya Azadlıq Ordusu bizim dəstəyimizlə Əl Baba yaxınlaşıb. Qısa zamanda əməliyyat başa çatdırılacaq”, - deyə o bildirib.

Əl Bab əməliyyatında yaralanan iki əsgər Kilisdə xəstəxanaya gətirilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm