• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Slavyansk şəhəri terrorçulardan təmizləndi

  • Dünya
  • 2 May 2014 16:46
  • 519 Baxış
Slavyansk şəhəri terrorçulardan təmizləndi

Milli qvardiyanın döyüşçüləri Slavyansk şəhərini praktik olaraq terrorçulardan təmizləyib.

Publika.az – ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Milli qvardiya komandanı Stepan Poltorak bildirib.

“Milli qvardiyanın Slavyanskdakı döyüşçüləri döyüş məsələlərinin icrasına hazırdır. Əməliyyatın həyata keçirilməsi zamanı şəxsi heyət arasında ölən və yaralanlar yoxdur”, - S.Poltorak deyib.

Qeyd edək ki, bu gün Ukrayna ordusu Slavyansk-Kramatorsk ərazilərində terrorçuluğa qarşı tammiqyaslı əməliyyatlara başlayıb. Müdafiə olunan terrorçular Ukrayna ordusuna məxsus üç vertolyotu vurub.

Ukrayna Təhlükəsizlik Xidmətinin terrorçuluğa qarşı mübarizə mərkəzi vertolyotların yüksək ixtisaslı xarici hərbi mütəxəssislər tərəfindən daşına bilən zenit-raket kompleksi olan PZRK ilə vurulduğunu açıqlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin terrorçuluğa qarşı mübarizə mərkəzindən bildirilib ki, Kramatorsk ərazisində vertolyotun vurulması da eyni əlamətlərə malikdir: “Mütəxəssislərin qiymətləndirməsinə görə, vertolyot PZRK raketi ilə 1,5 kilometr məsafədən vurulub”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR