İkinci Hələb: Putin o şəhərə hücuma keçəcək
Bizi izləyin

Dünya

İkinci Hələb: Putin o şəhərə hücuma keçəcək

Staffan de Mistrua Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında keçirilən toplantısında Hələbdəki acınacaqlı vəziyyətdən danışıb.

BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistrua Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında keçirilən toplantısında Hələbdəki acınacaqlı vəziyyətdən danışıb.

Publika.az
xəbər verir ki, toplantıdan sonra Mistura jurnalistlərin suallarını cavablandırıb.

Bir jurnalistin “Hələbdə baş verənlərin yaxın günlərdə müxaliflərin nəzarətindəki İdlibdə də baş verməyəcəyinə zəmanət verə bilərsiniz” sualına cavabında BMT təmsilçisi “Xeyr, zəmanət verə bilmərəm” deyə bildirib.

Mistura bununla Hələbdən sonra Əsəd və Rusiyanın ikinci hədəfinin İdlib ola biləcəyinə işarə edib.

O, ABŞ və Rusiyanın Suriya məsələsi ilə bağlı yenidən danışıqlar aparacağını deyib.

Mistura Cenevrədə keçiriləcək görüşdə Hələbin şərqindəki bütün silahlı qrupların geri çəkilməsi məsələsinin müzakirə ediləcəyini də bildirib. BMT təmsilçisi ABŞ-ın yeni prezidenti Donald Trampın komandası ilə Nyu-York və Vaşinqtonda görüşməyi planlaşdırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm