Əsədə ARXADAN ZƏRBƏ: 9 ay əvvəl azad edilmişdi
Bizi izləyin

Dünya

Əsədə ARXADAN ZƏRBƏ: 9 ay əvvəl azad edilmişdi

İŞİD-in döyüşçüləri şənbə günü Palmiraya girib və onun şimali-qərb hissəsini tutub.

Suriya ordusu əsas diqqətini Hələb şəhərinin alınmasına yönəltdiyi bir vaxtda İŞİD terror qruplaşması Palmira şəhərinə hücuma keçib.

Publika.az xəbər verir ki, bu haqda baş ofisi Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidəsi (SOHR) qrupunun nümayəndəsinə istinadən BBC bildirib.

Məlumata görə, İŞİD şəhərin şimali-qərb hissəsini ələ keçirib. Hazırda şəhərin mərkəzində Suriya ordusunun birləşmələri ilə döyüşlər gedir.

“İŞİD-in döyüşçüləri şənbə günü Palmiraya girib və onun şimali-qərb hissəsini tutub”, - deyə Rami Abdel Rahman bildirib.

Qeyd edək ki, Palmira şəhəri 2015-ci ilin mayından İŞİD-in nəzarəti altında idi. Cari il martın 27-də Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə şəhəri azad edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm