Tramp Kerrini Putinin dostu ilə əvəz edir
Bizi izləyin

Dünya

Tramp Kerrini Putinin dostu ilə əvəz edir

Tramp Kerrini Putinin dostu ilə əvəz edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi postunu "ExxonMobil Corporation"in icraçı direktoru (CEO) Reks Tillersona təklif edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda NBC telekanalı bildirib.

Dekabrın 6-da Tramp Nyu-Yorkda “ExxonMobil”in başçısı ilə görüş keçirib.

Qeyd edək ki, dövlət katibi postuna daha 4 nəfərin adı çəkilir. Bunlar Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni, Nyu-Yorkun keçmiş meri Rudi Juliani, senator Robert Korker və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreusdur.

Reks Tillerson ABŞ-ın ən böyük neft şirkəti olan “ExxonMobil”in başçısıdır. 2014-cü ildə sanksiyaların tətbiqindən sonra da Tillersonun korporasiyası Rusiyanın “Rosneft” şirkəti ilə əməkdaşlığı davam etdirir. “Forbes” jurnalı Tillersonu 2015-ci ildə dünyanın ən nüfuzlu insanların reytinqində 25-ci yerə layiq görüb. O, 2012-ci il sentyabrın 20-də Rusiya prezident Vladimir Putin tərəfindən dostluq ordeni ilə mükafatlandırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm