İstanbulda partlayış - Yaralananların sayı 38-ə çatdı (YENİLƏNİB) - - VİDEO/FOTO
Bizi izləyin

Dünya

İstanbulda partlayış - Yaralananların sayı 38-ə çatdı (YENİLƏNİB) - - VİDEO/FOTO

Hadisənin terror aktı olduğu istisna olunmur.

İstanbulda "Beşiktaş"ın stadionu yaxınlığında törədilən partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb. Bu xəbəri NTV telekanalı yayıb.

“Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləmir.

***

İstanbulun Beşiktaş rayonunda partlayış baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Maçka parkı yaxınlığında, “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında baş verib.

Türkiyə DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, partlayış çevik polis bölməsinin qarşısında törədilib. Yaralananların hamısı polis əməkdaşıdır.

Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür.

Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir.

Hadisənin terror aktı olduğu istisna olunmur. İlkin məlumata əsasən, minalanmış avtomobil partladılıb. Bəzi məlumatlarda partlayışlardan sonra atəş səslərinin eşidildiyi bildirilir.

Partlayışın “Beşiktaş-Bursaspor” matçından sonra, azarkeşlərin stadionu tərk etdikdən sonra baş verdiyi qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm