Rusiyadan Türkiyədə dincələn vətəndaşlarına XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Rusiyadan Türkiyədə dincələn vətəndaşlarına XƏBƏRDARLIQ

Onlara qaldıqları hotelin ərazisindən vacib olmadığı müddətdə kənara çıxmamaqları məsləhət görülüb.

Türkiyədə istirahət edən Rusiya vətəndaşlarına terror aktlarına görə qaldıqları hotelin ərazisindən vacib olmadığı müddətdə kənara çıxmamaqları məsləhət görülüb.

Publika.az xəbər verir ki, müvafiq tövsiyə ilə Turizm üzrə Federal Agentlik (Rosturizm) çıxış edib.

Qurum, həmçinin Türkiyəyə səyahət təşkil edən turoperatorlara müştəriləri mümkün terror təhlükəsi barədə xəbərdar etmələrini tapşırıb.

Qeyd edək ki, dekabrın 10-da İstanbulda "Beşiktaş" stadionun qarşısında iki dəfə partlayış baş verib. Hadisə nəticəsində 27-i polis olmaqla 38 nəfər şəhid olub, 155 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm